Anons

15-01-2026, 14:10- 7 vəkillə bağlı intizam tənbehi tədbirləri tətbiq edildi

15-01-2026, 14:08- Qərb Sənaye Parkı yaradılır - Fərman

15-01-2026, 14:06- Anar Ələkbərov 90 yaşı tamam olan jurnalisti ziyarət etdi

15-01-2026, 13:52- Azərbaycanda pensiyaların artırılması ilə bağlı rəsmi açıqlama

15-01-2026, 13:00- "ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul edib

15-01-2026, 13:00- Naxçıvanda orta aylıq əmək haqqı 5%-dən çox artıb

15-01-2026, 12:30- Deputatların tətili bitdi, komitə iclasları başlayır

15-01-2026, 10:30- ABŞ Qəzza üzrə sülh planının ikinci mərhələsinin başladığını açıqladı

15-01-2026, 10:00- "Arsenal" "Çelsi"ni məğlub etdi

15-01-2026, 10:00- Millimizin Danimarka ilə yoldaşlıq oyunlarının hakimləri açıqlandı

15-01-2026, 09:00- Azərbaycan nefti ucuzlaşdı

30-12-2025, 19:00- Putin yenə onları təbrik etdi

30-12-2025, 16:24- Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurladı

30-12-2025, 16:21- Həsən Zeynalov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

30-12-2025, 16:19- Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq

30-12-2025, 16:00- Prezidentdən Rasim Musabəyovla bağlı SƏRƏNCAM

30-12-2025, 16:00- Prezidentdən Rasim Musabəyovla bağlı SƏRƏNCAM

30-12-2025, 16:00- Həsən Zeynalov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

30-12-2025, 15:00- Vətən Müharibəsi Qəhrəmanının anası vəfat etdi

30-12-2025, 15:00- Bu yanacağın vergi və rüsum güzəştinin müddəti 1 il uzadıldı

Haqqımızda Əlaqə

Dəmir istehsalı müəssisələri üçün təbii qaz tarifləri azaldıldı

Tarix:30-12-2025, 14:30 Baxış Sayı:88

Dəmir istehsalı müəssisələri üçün təbii qaz tarifləri azaldıldı Azərbaycanda dəmir istehsalı müəssisələri üçün təbii qaz tarifləri azaldılıb.
"Unikal" xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.
Məlumata görə, "Dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi" üzrə təbii qaz tarifi müəyyənləşdirilib.
Ölkənin təbii resurslarından səmərəli istifadə, qara metallurgiyanın emal mərhələlərini əhatə edən istehsal müəssisələrinin qurulması istiqamətində işlər aparılır.
Bununla əlaqədar, dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi üzrə təbii qaz tarifi azaldılaraq, 1 000 kub metr üçün ƏDV ilə birlikdə 200,6 manat səviyyəsində təsdiq edilmişdir. Hazırda sənaye sektoru üzrə təbii qaz tarifi 1 000 kub metr üçün ƏDV ilə birlikdə 240 manatdır. Bu qərar dəmir filizi istehsalı üzrə iri emal müəssisələrinin inkişafını, bu sahə üzrə dəyər zəncirinin formalaşmasını stimullaşdıracaq.
Bu sahədə Daşkəsən dəmir filizi yatağının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Daşkəsən dəmir filizi layihəsi çərçivəsində dəyər zənciri üzrə filizin hasilatından başlayaraq dəmir filizi konsentratının istehsalı, şlam boru kəməri ilə nəql və son mərhələdə pellet istehsalı nəzərdə tutulur. Bu layihə idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət etməklə qeyri-neft-qaz sektorunun inkişafına töhfə verəcək.
Dəyişikliklər 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Cəmiyyət
TƏHSİL