15-01-2026, 14:10- 7 vəkillə bağlı intizam tənbehi tədbirləri tətbiq edildi
15-01-2026, 14:08- Qərb Sənaye Parkı yaradılır - Fərman
15-01-2026, 14:06- Anar Ələkbərov 90 yaşı tamam olan jurnalisti ziyarət etdi
15-01-2026, 13:52- Azərbaycanda pensiyaların artırılması ilə bağlı rəsmi açıqlama
15-01-2026, 13:00- "ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul edib
15-01-2026, 13:00- Naxçıvanda orta aylıq əmək haqqı 5%-dən çox artıb
15-01-2026, 12:30- Deputatların tətili bitdi, komitə iclasları başlayır
15-01-2026, 10:30- ABŞ Qəzza üzrə sülh planının ikinci mərhələsinin başladığını açıqladı
15-01-2026, 10:00- "Arsenal" "Çelsi"ni məğlub etdi
15-01-2026, 10:00- Millimizin Danimarka ilə yoldaşlıq oyunlarının hakimləri açıqlandı
15-01-2026, 09:00- Azərbaycan nefti ucuzlaşdı
30-12-2025, 19:00- Putin yenə onları təbrik etdi
30-12-2025, 16:24- Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurladı
30-12-2025, 16:21- Həsən Zeynalov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
30-12-2025, 16:19- Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
30-12-2025, 16:00- Prezidentdən Rasim Musabəyovla bağlı SƏRƏNCAM
30-12-2025, 16:00- Prezidentdən Rasim Musabəyovla bağlı SƏRƏNCAM
30-12-2025, 16:00- Həsən Zeynalov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
30-12-2025, 15:00- Vətən Müharibəsi Qəhrəmanının anası vəfat etdi
30-12-2025, 15:00- Bu yanacağın vergi və rüsum güzəştinin müddəti 1 il uzadıldı
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, iclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşü çərçivəsində baş tutur.
***
İclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü çərçivəsində baş tutub.
Toplantıda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT-yə üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, həm də gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır.
“Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının 2-yə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb”, - nazir əlavə edib.
Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişinin son dərəcə vacib olduğuna diqqət çəkən C.Bayramov qeyd edib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir: “Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb”.
Nazir diqqətə çatdırıb ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır: “Təşkilat bu istiqamət üzrə nəhəng imkanlara malikdir. Bu xətt, eyni zamanda, Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır”.
TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı işini müzakirələrlə davam etdirib.